Türkiyə Superliqasının 8-ci turu çərçivəsində "Trabzonspor" evdə "Beşiktaş"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, Trabzon şəhərində keçirilən matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Qalib komandanın heyətində 21 və 71-ci dəqiqələrdə müvafiq olaraq Ozan Tufan və Məhəmməd Salah fərqləniblər.
Bu nəticədən sonra "Trabzonspor" 16 xalla 4-cü, "Beşiktaş" isə 15 xalla 5-ci pillədə qərarlaşıb.
Qaynar xətt:
(055) 224 12 12