Azərbaycanın futbol millisinin iki oyun üçün heyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a AFFA-nın mətbuat xidmətindən bildirilib.
Baş məşqçi Ayxan Abbasov UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteyn, yoldaşlıq oyununda isə Andorra ilə üz-üzə gələcəyi matçlar üçün heyətə 27 futbolçunun adını daxil edib.
Əsas yığmaya dəvət alan futbolçulardan biri İtaliyanın "Sampdoriya" klubunda çıxış edən Lorenzo Mezzoterodur. Uşaqlığının bir hissəsini Azərbaycanda keçirən və "Qarabağ"la "Neftçi"nin akademiyalarında oynayan gənc futbolçu Azərbaycan millisinin əsas heyətində debüt edə bilər.
18 yaşlı hücumçu İtaliya B Seriyasının X turunda "Virtus Entella"ya 2:0 hesabı ilə qalib gəldikləri matçda əsas komandadakı ilk qoluna imza atıb.
| N. | Adı / Soyadı | Klub |
| 1. | Şahruddin Məhəmmədəliyev | "Qarabağ" |
| 2. | Aydın Bayramov | "Zirə" |
| 3. | Emil Balayev | "Neftçi" |
| 4. | Bədavi Hüseynov | "Qarabağ" |
| 5. | Elvin Bədəlov | "Neftçi" |
| 6. | Anton Krivotsyuk | "Tecon Hana Sitizen" (C. Koreya) |
| 7. | Rahil Məmmədov | "Turan Tovuz" |
| 8. | Rəhman Daşdəmirov | "Sabah" |
| 9. | Rüfət Abbasov | "Neftçi" |
| 10. | Toral Bayramov | "Bursaspor" (Türkiyə) |
| 11. | Eşqin Əhmədov | "Qəbələ" |
| 12. | Tellur Mütəllimov | "Sabah" |
| 13. | Qismət Alıyev | "Zirə" |
| 14. | Oruc Məmmədov | "Şamaxı" |
| 15. | Fərid Yusifli | "Şəfa" |
| 16. | Rüfət Abdullazadə | "Hapoel Kiryat Şimona" (İsrail) |
| 17. | Namik Ələsgərov | "Kəpəz" |
| 18. | Murad Məmmədov | "Pafos" (Yunanıstan) |
| 19. | Abdulla Xaybullayev | "Sabah" |
| 20. | Aleksey İsayev | "Sabah" |
| 21. | Xəyal Əliyev | "Sabah" |
| 22. | Emil Mustafayev | "Sumqayıt" |
| 23. | Emin Mahmudov | "Neftçi" |
| 24. | Nihat Əhmədzadə | "Sumqayıt" |
| 25. | Mahir Emreli | "Rakuv" (Polşa) |
| 26. | Musa Qurbanlı | "Qarabağ" |
| 27. | Lorenzo Mezzotero | "Sampdoriya" (İtaliya) |
Qeyd edək ki, Lixtenşteynlə qarşılaşma noyabrın 13-də, Andorra ilə görüş isə 16-da keçiriləcək.