Heyvandarlıq və quşçuluq müəssisələrinin baş planı hazırlanarkən binalar ərazinin havalanması təmin edilməklə yerləşdirilməlidir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı qərar imzalanıb.
Belə ki, layihədə ərazi üzrə hakim küləklərin yaşayış məntəqələrindən əks istiqamətə yönəlməsi nəzərə alınmalıdır.
Müəssisənin ərazisində müxtəlif hündürlüklü binalar nəzərdə tutulduqda daha alçaq tikililər küləyin gəldiyi tərəfdə yerləşdirilməlidir.
Layihə hazırlanarkən ventilyasiya sistemi ilə binalardan çıxarılan çirklənmiş havanın ətrafda necə yayılacağı da hesablanmalıdır. İlin bütün dövrlərində sanitariya-mühafizə zonasının sərhədində çirkləndiricilərin ümumi səviyyəsi yaşayış məntəqələrinin havası üçün müəyyən edilmiş hədləri aşmamalıdır. Bu hesablamada ərazidəki mövcud çirklənmə səviyyəsi də nəzərə alınmalıdır.