Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Oxu.Az noyabrın 2-dən 8-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Noyabrın 3-də saat 19:00-da"Kişi və qadın" tamaşası səhnəyə qoyulacaq.
Biletlərin qiyməti 15-20 manatdır.

Noyabrın 5-i və 6-də saat 20:00-da Şahar Binyamininin "Bolero X" tamaşası səhnəyə qoyulacaq.
Biletlərin qiyməti 25-600 manatdır.

Noyabrın 8-də saat 12:00 və 19:00-da Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan "Qarabağnamə" tamaşası oynanılacaq. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində:
Noyabrın 7-də saat 19:00-da İlqar Fəhminin "Balaca kişilər" tamaşası təqdim ediləcək.
Quruluşçu rejissor Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti: 10-15 manat.

Noyabrın 8-də saat 19:00-da İlqar Fəhminin "Şah Abbas Namə" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımovdur.
Biletlərin qiyməti 10-15 manatdır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Noyabrın 6-da və 7-də İngiltərə milli baleti Azərbaycanda ilk dəfə "Mahir rəqs ifaçıları: Forsayt / Payt" ("Masters in Motion: Forsythe / Pite") proqramı ilə çıxış edəcək.
Biletlərin qiyməti 25-600 manatdır.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Noyabrın 7-də saat 19:00-da "Arqon" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılovdur.
Biletlərin qiyməti 5-15 manatdır.

Heydər Əliyev Sarayında:
Noyabrın 7-də saat 20:00-da Monte-Karlo Baleti | Lac | Jan-Kristof Mayo olacaq.
Biletlərin qiyməti 5-15 manatdır.
