Almaniyada vəfat edən tanınmış azərbaycanlı bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyev sabah torpağa tapşırılacaq.
Bu barədə Oxu.Az-a mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, Arif Mirzəyevlə vida mərasimi noyabrın 15-də saat 13:00-da Təzəpir məscidində keçiriləcək.
Xatırladaq ki, Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da Almaniyada vəfat edib.
Qaynar xətt:
(055) 224 12 12