Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 30 noyabr - 7 dekabr 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində növbəti Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Oxu.Az-ın Özbəkistana ezam olunmuş əməkdaşı xəbər verir ki, Mədəniyyət Günləri Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib.
"Azərbaycan Mədəniyyət Günləri" çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti və milli irsi nümayiş etdiriləcək.
Tədbir öncəsi Özbəkistana səfər edən media nümayəndələri üçün bu gün paytaxt Daşkənd şəhərində mediatur təşkil olunub.
Mediatur çərçivəsində jurnalistlər "Beynəlxalq Forumlar Sarayı", Daşkəndin tanınmış və simvolik hotellərindən biri olan "Özbəkistan Hoteli", Daşkəndin ən məşhur və mühüm meydanlarından biri olan "Əmir Teymur Meydanı" və məşhur "Çorsu Bazarı" ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərini əhatə edəcək tədbirlərdə iştirak etmək məqsədi ilə ölkəmizdən 200-dən çox mədəniyyət nümayəndəsinin (musiqiçi, aktyor, yazıçı, rəssam və s.) daxil olduğu nümayəndə heyəti Özbəkistana səfər edəcəklər.