Masazır-Novxanı yolundakı yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, onun durumu orta ağır qiymətləndirilir:
"23 noyabrda saat 00:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Briqada tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bədənin bir neçə nahiyəsini əhatə edən müştərək sınıqlar diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir".