Gədəbəy sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1964-cü il təvəllüdlü Azər Quliyevin yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində öldüyü müəyyən edilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12