"Ferrari" pilotu Şarl Lekler "Formula-1" üzrə Azərbaycan Qran-prisində mühərrik dəyişikliyinə görə cərimə ala bilər.
Oxu.Az "Çempionat"a istinadən xəbər verir ki, komanda İtaliya mərhələsində Leklerin qəzasından sonra onun bolidinə əlavə güc qurğusunun quraşdırılması ehtimalını nəzərdən keçirir.
Lekler Monzada "ADUO 2" güc qurğusundan istifadə edib. Qəzadan sonra "Ferrari" həmin mühərrikdən Madriddəki mərhələdə istifadə etməmək və əlavə yoxlamalar aparmaq qərarına gəlib. İspaniya Qran-prisində pilot daha əvvəlki "ADUO 1" versiyası ilə çıxış edib.
Komanda yeni mühərrikin Bakıda quraşdırılacağı və bunun nəticəsində Leklerin cərimə alacağı ehtimalını istisna etmir. Bakı trasının xüsusiyyətləri aşağı start mövqeyini bəzi digər traslarla müqayisədə daha az kritik etdiyindən, mühərrikin dəyişdirilməsi üçün uyğun yer hesab olunur.
"Şarl üçün mühərrik dəyişikliyinə görə cəriməni nə vaxt alacağımıza baxacağıq. Amma düşünürəm ki, Bakı bizim üçün kifayət qədər uyğun yer olmalıdır", - deyə "Ferrari"nin rəhbəri Frederik Vasser bildirib.