Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında Suraxanı rayonunun Əmircan qəsəbəsində sakinlərin yol problemindən narazı olduğu məlum olub.
Sakinlərin sözlərinə görə, kanalizasiya və elektrik xətlərinin çəkilişi zamanı dağıdılan asfalt örtüyü 6 ildir bərpa olunmayıb. Bu isə avtomobillərin hərəkətinə ciddi təsir göstərir.
Sakinlər bildirirlər ki, yağışlı havalarda ərazidə gölməçələr yaranır, avtomobillər zədələnir və park etmək çətinləşir.
"Yolumuz çox bərbad gündədir. Altı ildir bu vəziyyətdədir. Yağış yağanda burada gölməçə yaranır. İşığı yerin altı ilə çəkiblər. Yenə yağış yağsa, həmin yer partlayacaq, bütün məhəllə işıqsız qalacaq. Kimə şikayət edirik, "mənim səlahiyyətim deyil" deyirlər. Bilmirik, haraya müraciət edək", - sakinlərdən biri deyib.