Bakıda 29 yaşlı kişinin meyiti tapılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Fərid Vahid oğlu Nurəliyevin meyiti rayon ərazisində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12