Cəlilabadda yük avtomobili 71 yaşlı kişini vuraraq öldürüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Pərviz Saleh oğlu Kərimov şəhər ərazisində "Ford Transit Tourneo" markalı yük maşını ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Nadir Xanhüseyn oğlu Əmənovu vurub. Piyada xəstəxanada dünyasını dəyişib.
Fakta bağlı cinayət işi başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12