Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 və VAZ-21011 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində iki nəfər rayon sakini - Ceyhun Bəgalıyev və Zeynal Niftəliyev xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12