Dünyada böyük maraqla gözlənilən "GTA VI" oyunu Azərbaycanda da maraqlı bir hadisəyə səbəb olub. Oyundakı "Popeyes"a bənzəyən restoran azərbaycanlı qeymerin diqqətini çəkib. Onun sosial şəbəkədə paylaşdığı video isə qısa müddətdə real həyatda pulsuz menyu qazandıran kampaniyanın başlanğıcına çevrilib.
Kampaniya tanınmış qeymer "Energizer Toğrul"un "GTA VI" oynayarkən qarşısına çıxan "Peewees" adlı fastfud restoranını görməsi ilə başlayıb. Adı başqa olsa da, görünüşü ilə "Popeyes"ın eynisi olan restoran qeymerin diqqətindən yayınmayıb. Toğrul həmin anı videoya çəkərək özünəməxsus yumorla izləyiciləri ilə bölüşüb.
Toğrulun paylaşımını buradan izləyə bilərsiniz.
Paylaşımın altında ən maraqlı reaksiyalardan biri isə elə "Popeyes Azərbaycan"ın özündən gəlib. Brend rəsmi hesabından videoya "Bəlkə də, bizik, xəbərimiz yox… 🙂↔️" şərhini yazıb.
Amma məsələ bununla bitməyib. "Popeyes" oyundakı bu maraqlı oxşarlığı real mükafat fürsətinə çevirmək qərarına gəlib. Beləliklə, bir qeymerin videosu ilə başlayan söhbət oyunçular üçün pulsuz "Popeyes" menyusu qazandıran kampaniyaya çevrilib.
Kampaniyanın paylaşımına buradan baxa bilərsiniz.
İştirakçılar "GTA VI"da "Popeyes"ı, yəni "Peewees" restoranlarından birini tapmalı, orada yemək aldıqları anı videoya çəkməli və həmin görüntünü "Instagram" hekayə (story) bölümündə paylaşaraq "Popeyes Azərbaycan"ı taq etməlidirlər.
Paylaşımlar təsdiqləndikdən sonra iştirakçılara unikal promokod təqdim olunur. Bu kod vasitəsilə onlar real "Popeyes" restoranlarına yaxınlaşaraq sendviç menyusunu pulsuz əldə edə bilirlər.
https://www.instagram.com/p/DgFc19JtEcE/
Toğrulun videosu ilə başlayan hekayə bununla da kifayətlənməyib. Daha sonra digər azərbaycanlı qeymerlər də kampaniyaya qoşularaq öz auditoriyalarına oyunda "Popeyes", yəni "Peewees" restoranını necə tapmağı və mükafat qazanmağın yollarını göstəriblər.
Kampaniya təşkilatçılarının məlumatına görə, artıq yüzlərlə "GTA VI" oyunçusu "challenge"ə qoşularaq real "Popeyes" menyusu qazanıb.
Beləcə, oyun dünyasındakı bir restoran oxşarlığı sosial mediada maraqlı müzakirəyə, "Popeyes"ın yumorlu reaksiyası isə oyunçuları virtual dünyadan real restoranlara gətirən interaktiv kampaniyaya çevrilib.
Kampaniyaya qoşulmaq üçün son tarix 24 noyabr 2026-cı il saat 00:00-dır. İştirak üçün yalnız real və aktiv "Instagram" hesablarından paylaşılan, iştirakçıların özlərinin çəkdiyi unikal videolar qəbul edilir. Eyni videonun fərqli hesablar tərəfindən paylaşılması kampaniya şərtlərinə uyğun hesab olunmur.
Kampaniya çərçivəsində unikal promokod qazanan iştirakçılar isə 30 noyabr 2026-cı il tarixinədək "Popeyes" restoranlarına yaxınlaşaraq pulsuz menyularını əldə edə bilərlər.
Bəs oyundakı restoran, həqiqətən də, "Popeyes"dırmı? Bəlkə də. Amma qazanılan real menyu məhz "Popeyes"dandır!