Abunəçilərinə sərfəli mobil xidmətlərlə yanaşı, dəyərli hədiyyələr qazandıran "Nar" yeni oyun platforması - "Nar Oyun Mərkəzi"ni istifadəyə verir. Platformada oyun oynayaraq gündəlik reytinqdə ilk 30-luqda yer alan istifadəçilər hər gün 1 GB internet bonusu, həftəlik reytinqin qalibi isə yeni smartfon qazanmaq imkanı əldə edir. Bundan əlavə, istifadəçilər topladıqları xalları internet bonuslarına dəyişə, oyun abunəliyinə qoşulduqda isə əlavə 1 GB internet əldə edə bilərlər.
"Nar Oyun Mərkəzi"nə "Nar+" tətbiqinin əsas səhifəsində yerləşdirilən xüsusi banner vasitəsilə keçid etmək mümkündür. İstifadəçiləri platformada "Nar Ball", "Fürsəti tut" və "Space Ball" olmaqla üç fərqli oyun gözləyir. Oyun zamanı toplanan hər 2 000 xal istifadəçiyə 700 MB internet bonusu qazandırır. Xallar 30 gün ərzində toplanır və abunəlik başa çatdıqda sıfırlanır.
Qeyd edək ki, ilk 7 gün ödənişsiz olan xidmətin sınaq müddətində də gündəlik mükafat qazanmaq mümkündür. Bonusların etibarlılıq müddəti 7 gün, aylıq abunə haqqı isə 1.77 manat təşkil edir. Daha ətraflı məlumat üçün: nar.az
"Nar" hazırda 2.2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.