ABŞ-nin Hərb Nazirliyi artilleriya mərmiləri, raketlər və bombaların kəskin qıtlığı problemi ilə üz-üzə qalıb. 2026-cı ildə İranla baş verən münaqişə fonunda bu vəziyyət daha da kəskinləşib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Hesablama Palatasının hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, ehtiyatların artırılması istiqamətində görülən işlərə baxmayaraq, Pentaqonun ordunu hərbi sursatla təmin etmək üçün vahid və uzunmüddətli planı yoxdur. Bu isə silahlı qüvvələrin real ehtiyaclarını və istehsalın effektivliyini düzgün qiymətləndirməyə maneə yaradır. Xüsusilə 155 millimetrlik artilleriya mərmilərinin, hədəfi yüksək dəqiqliklə vura bilən raketlərin və bombaların çatışmazlığı ciddi narahatlıq doğurur.
Hesabatda vurğulanır ki, ABŞ ordusu özünə bərabər gücdə olan rəqiblə qarşıdurmada böyük çətinliklərlə rastlaşa bilər.
Yoxlamalara əsasən, arsenalların doldurulması üçün ümumi planın hazırlanması, məsul qurumun müəyyən edilməsi və sursat ehtiyatlarının müntəzəm qiymətləndirilməsi daxil olmaqla dörd əsas tövsiyə verib.