Yardımlı rayonunda gecə saatlarından müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.
Bu barədə Oxu.Az-a rayon sakinləri məlumat verib.
Belə ki, əlverişsiz hava şəraiti nəticəsində rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Güclü küləyin təsirindən Şıxlar-Gölyeri xəttində elektrik dirəkləri aşıb, nəticədə bir neçə yaşayış məntəqəsində elektrik təchizatı dayanıb.
Hazırda yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Elektrik təsərrüfatında baş vermiş nasazlıqların aradan qaldırılması və abonentlərin elektrik enerjisi ilə təminatının bərpası üçün işlər davam etdirilir.
Qeyd edək ki, küləyin törətdiyi fəsadların tam aradan qaldırılması istiqamətində işlər aparılır.
İqbal Ziya