"Uçan naməlum obyektlər (UNO) və yadplanetlilər reallıqdır, onlar aramızda yaşayır və bəşəriyyəti qorxutmağa çalışırlar".
Oxu.Az-ın "Daily Mail" nəşrinə istinadən verdiyi məlumata görə, bu iddia ilə Pentaqonun sabiq podratçısı Qeri Moşir çıxış edib.
On iki illik araşdırmalardan sonra Moşir belə qərara gəlib ki, UNO-larla qarşılaşma halları yadplanetlilər tərəfindən öz üstünlüklərini nümayiş etdirmək məqsədilə səhnələşdirilib.
O, 2024-cü ildə baş vermiş bir hadisəyə diqqət çəkib. Həmin vaxt ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotları təlimlər zamanı 80 000 fut (24 000 metrdən çox) hündürlükdən bir saniyədən az müddətdə dəniz səviyyəsinə enən bir neçə naməlum obyekti izləyiblər. Pilotlardan biri qırıcı təyyarənin manevrlərinə reaksiya verən və daha sonra sürətlə gözdən itən ağ, kapsul formalı gəmini təsvir edib.
Qeri Moşirin sözlərinə görə, bu hadisələrin məqsədi yadplanetlilərin öz növlərini yenidən məskunlaşdırmaq hədəflərinə çatmaları olub. Bununla belə, ABŞ hökuməti Yer kürəsində yerdənkənar həyatın mövcudluğuna dair heç bir fiziki sübutun tapılmadığını iddia edir.
Pentaqonun keçmiş podratçısının tədqiqatı onların artıq Yer üzündə olduqlarını və planetin sakinləri arasında səssizcə yaşadıqlarını göstərir. Yadplanetlilərin bazalarının isə çox güman ki, okeanın altında gizlədildiyi ehtimal olunur.