İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil azərbaycanlı azarkeşlərlə şəkil çəkdirməkdə maraqlı olmasa da, “Instagram” profilində maraqlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, Almaniya doğumlu türk futbolçu Bakı Olimpiya Stadionunda keçirdikləri matçöncəsi məşqdən şəklini paylaşıb.
O, azərbaycanca “Axşamınız xeyir, Bakı, Azərbaycan” yazıb. Daha sonra ingilis dilində “Bakıdan salamlar. Bizim Avropa macəramız davam edir. Sabah “Qarabağ”la burada oynayacağıq”, - deyə qeyd edib.
“Qarabağ” – “Arsenal” oyunu bu gün saat 20:55-də başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər