23 
Yan
2019
13:21
93
7
5027
Virtual karabakh

Elşad Əhmədov: Türkiyədə dörd oyuna on qol vurduq

23 Yan, 2019
13:21
5027

Elşad Əhmədov: Türkiyədə dörd oyuna on qol vurduq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” Antalya toplanışını başa vurub. 

Oxu.Az xəbər verir ki, baş məşqçi Elşad Əhmədov klubun mətbuat xidmətinə müsahibəsində Antalya toplanışını dəyərləndirib: 

– Təlim-məşq toplanışına yanvarın 2-dən başladıq. İlk on gün fiziki hazırlıq üzərində çalışdıq. Sonrakı günlərdə isə taktiki-texniki hazırlığa üstünlük verdik. Bu müddətdə dörd yoxlama görüşü keçirdik ki, bunların da ikisində qalib gəlib, ikisindən heç-heçə ilə ayrıldıq. Çox şükür, oyunları zədəsiz başa vurduq.

– Antalyadakı təlim-məşq toplanışından razı qaldınız?

– Bəli, təlim-məşq toplanışından razı qaldım. Futbolçular bu hazırlıqda canla-başla çalışdılar. Yalnız hava ilə bağlı bir az çətinliyimiz oldu. Güclü yağış səbəbindən bir neçə məşqi fitnes zalında keçməli olduq.

– Yoxlama oyunları barədə nə deyə bilərsiniz?

– Maraqlı qarşılaşmalar oldu. Xüsusilə, ikinci və üçüncü oyunlarda rəqibərimizin səviyyəsi daha güclü idi. Həmin qarşılaşmalar komandamın real gücünü görmək baxımından daha əlverişli oldu. Ümumi götürəndə, oyunlarımızdan razı qaldım. Sonuncu 4:4 hesablı heç-heçə etdiyimiz qarşılaşma da məni razı saldı. Qol buraxsaq da, komandamın dörd qol vurması sevindiricidir. Ümumilikdə, dörd oyuna on qol vurduq. Hücum xəttində irəliləyiş olması müsbət məqamdır. Çatışmayan cəhətlərimiz də var. Fasilənin bitməsinə on gün qalıb. Bu müddətdə çatışmayan cəhətlərimiz üzərində çalışacağıq.

– Ən çox razı qaldığınız oyun hansı oldu?

– MTK ilə oyun məni daha çox razı saldı. Məncə, bu qarşılaşma daha maraqlı alındı. Bundan başqa, “Tobol”la görüşün ilk altmış dəqiqəsində sərgilədiyimiz oyundan da razı qaldım.

– “Sabah” tərəfdarlarına mövsümün ikinci yarısında nə vəd edirsiniz?

– Bizim əsas məqsədimiz gəncləri komandamıza qazandırmaqdır. Ancaq əlimizdən gələni edəcəyik ki, turnir cədvəlində də daha yüksək pillələrdə yer alaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri