20 
Dek
2023
13:40
10
83
2064
Virtual karabakh

Türkiyəli futbolçu döyülən referinin ittihamlarına cavab verdi: Hadisədə Emre Belözoğlunun əli var? - FOTO

20 Dek, 2023
13:40
2064

Türkiyəli futbolçu döyülən referinin ittihamlarına cavab verdi: Hadisədə Emre Belözoğlunun əli var? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə milli komandasının keçmiş futbolçusu, hazırda baş məşqçi kimi fəaliyyət göstərən Emre Belözoğlu “Ankaragücü”nün prezidenti Faruk Koca tərəfindən döyülən hakim Halil Umut Melerin ittihamlarına cavab verib.

Halil Umut Meler açıqlamasında hadisəni Emre Belözoğlunun planlaşdırdığını, onun təhrik etdiyini bildirib.

“Mənə o hərəkəti edən şəxs, mənə yumruq atan şəxs yazılı şəkildə məndən və ailəmdən üzr istəsə də, Emre Belözoğlu üzr istəmədi”, - deyə Meler qeyd edib.

Emre Belözoğlu isə “Haber Global”ın idman direktoru Sercan Hamzoğluna müsahibəsində iddiaları təkzib edib.

“Hadisəni eşidəndə meydançaya çıxdım və Halil Umut Meleri qucaqladım. Dəhlizdə də üç dəfə baş verənlərə görə ondan üzr istədim. Daha sonra ona zəng etdim, dincəldiyi üçün köməkçi hakimi ilə danışdım. Köməkçi hakim də dedi ki, “mən şahidəm, dəhlizdə yanımıza gəlib dəstək oldunuz. Meleri yerə yıxanlara da qışqırdınız və “Kişiliyiniz haradadır sizin?”, - deyə reaksiya verdiniz”. Köməkçi hakim özü də mənə təşəkkür etdi. Lazımi açıqlamaları sabah oyunumuzdan sonra da verəcəyəm”, - deyə Belözoğlu bildirib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri