Noy
2015
22:54
81
34
3883
Virtual karabakh

“Qəbələ” “Kəpəz”ə uduzdu - VİDEO

1 Noy, 2015
22:54
3883

“Qəbələ” “Kəpəz”ə uduzdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Roman Qriqorçukun komandası çempionatda artıq 3 turdur ki qələbə qazan bilmir.

Bu gün Topaz Premyer liqazaının 11-ci turunun “Qəbələ” və “Kəpəz” arasında təxirə salınmış oyun keçirilib.

Oxu.Az xəbər verir ki, dünən Qəbələdə keçirilən oyun “Kəpəz”in hesabda 1:0 irəli olduğu zaman güclü duman səbəbindən dayandırılmışdır. 

Bu gün oyun davam etdirilib və gəncəlilərin 2:1 hesablı qələbəsi ilə bitib. “Kəpəz”ə qələbə qazandıran qolu hakimin əlavə etdiyi dəqiqələrdə Dario Federiko vurub.

“Qəbələ” çempionatda artıq 3 turdur ki qələbə qazan bilmir.

Xatırladaq ki, dünən “İnter” “Zirə” ilə qolsuz bərabərliyə qalıb, “Qarabağ” isə AZAL-ı 2:0 hesabı ilə məğlub edib.

Sabah isə “Sumqayıt” - “Neftçi” və  “Rəvan” - “Xəzər-Lənkəran” oyunları keçiriləcək.

Turnir cədvəli

1. “Qarabağ” – 26 xal 11 matç)

2.  “Qəbələ”– 21 (11)

3. “İnter” – 19 (11)

4. “Kəpəz”– 18 (11)

5. “Zirə” - 18 (11)

6. “Sumqayıt” – 11 (10)

7. “Neftçi” – 10 (10)

8. “Xəzər-Lənkəran” – 8 (11)

9. AZAL – 8 (11)

10. “Rəvan” – 2 (10)

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri