20 
Dek
2016
09:19
12
42
3050
Virtual karabakh

Azərbaycanın yeni yaradılacaq milli aviaşirkətinin statusu müəyyənləşdi

20 Dek, 2016
09:19
3050

Azərbaycanın yeni yaradılacaq milli aviaşirkətinin statusu müəyyənləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, “BUTA AIRWAYS” Sərnişin Aviaşirkəti “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumların siyahısına daxil edilib.

AZAL-a bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, dekabrın 14-də AZAL-ın İdarə Heyətinin iclasında Azərbaycanın “BUTA AIRWAYS” adlandırılan aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib.

Yeni büdcə aviaşirkətinin AZAL-ın 100 faizlik törəmə şirkəti olacağı və aviaşirkətin Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcəyi açıqlanıb. 

“BUTA AIRWAYS” aviaşirkətinin özünəməxsus livreyada” “Embraer” təyyarələri əsasında yaradılmış öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq. AZAL “BUTA AIRWAYS” aviaşirkətinin uçuşlarının artıq 2017-ci ilin payızında başlayacağının gözlənildiyini də açıqlayıb. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri