12 
Yan
2017
13:00
39
130
5059
Virtual karabakh

Türkiyə vətəndaşlığını almaq üçün şərtlər açıqlandı

“Türkiyə vətəndaşlığını almaq haqqında” qanuna dəyişikliklər edilib.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən bu şərtlərdən birini yerinə yetirən əcnəbi şəxslər Türkiyə vətəndaşlığına qəbul edilə bilər:

- 3 il ərzində satmamaq şərtilə ən azı 1 milyon dollar dəyərində daşınmaz əmlak alan;

- Ən azı 2 milyon dollar dəyərində sabit sərmayə yatıran;

- Türkiyədə fəaliyyət göstərən banklarda 3 il toxunmamaq şərtilə ən azı 3 milyon dollarlıq hesab açan və ya 3 il saxlamaq şərtilə bu dəyərdə qiymətli kağızlar alan;

- Ən azı 100 nəfərlik iş yeri açan əcnəbilər.

A.M.

www.oxu.az

Digər Turizm xəbərləri