17 
Fev
2017
10:20
84
25
2333
Virtual karabakh

Qarlı hava şəraiti Bakı aeroportunun işinə təsir edibmi?

17 Fev, 2017
10:20
2333

Qarlı hava şəraiti Bakı aeroportunun işinə təsir edibmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan qarlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Oxu.Az xəbər verir ki, Hava Limanından “Report”a bildirilib ki, təyyarələrin yola salınması və qəbulu adi qaydada həyata keçirilir: 

“Bu gün aviauçuşlar tərtib olunan qrafikə uyğun davam etdirilir. Dünən və bu gün, indiyə qədər nəzərdə tutulan heç bir reys təxirə salınmayıb. Hazırda uçuşların həyata keçirilməsində heç bir problem yoxdur”.

Qeyd edək ki, bu gün Bakıda havanın temperaturu gecə 2-0 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri