Novruzu Şahdağda qarşıla!
Novruzu Şahdağda qarşıla!
Bayramı qarlı Şahdağ dağlarının yamacında, tam fərqli bir mühitdə keçirmək istəyənlər “Şahdağ” Turizm Mərkəzinə üz tuta bilərlər. Milli və tarixi adət-ənənlərimizin yaşadıldığı, eləcə də Şərq dünyasında yeni ilin başlanğıcı hesab olunan bayram münasibətilə mərkəzimiz tərəfindən xüsusi təkliflər hazırlanmışdır.
Burada həm qışı, həm yazı eyni vaxtda hiss etmək olur! Qarlı yamaclar, günəşli dağlar, qar altında oyanan torpaq baharın gəlişini və təbiətin canlanmasını əyani olaraq görmək imkanı verir.
Ətraflı:Burada
Qeyd edək ki, hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində turizm mərkəzində dincəlmək üçün müraciət edənlərin sayı xeyli artmışdır. Builki bayram tədbirləri çərçivəsində balacaların əylənməsinə xüsusi diqqət yetirilmiş və maraqlı proqram hazırlanmışdır. Animatorlar, klounlar, müxtəlif master-klaslar azyaşlı qonaqlarımızın mütləq xoşuna gələcək.
Qış mövsümünün son günlərini daha yaddaqalan və maraqlı etmək, əsl bayram əhval-ruhiyyəsi yaşamaq istəyənlər üçün Şahdağın yamacları və yolları hər zaman açıqdır.
Bu Novruzu Şahdağda qarşıla!