10 
Apr
2017
14:00
45
138
4399
Virtual karabakh

AZAL-dan yeni aksiya: Bakı-Dubay-Bakı – cəmi 199 avro

10 Apr, 2017
14:00
4399

AZAL-dan yeni aksiya: Bakı-Dubay-Bakı – cəmi 199 avro

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Dubaya uçuşlar üzrə yeni aksiya elan edir.

Bakı-Dubay-Bakı istiqamətində J2 015/J2 016 reyslərinə aprelin 25-ə kimi aviabilet alarkən aviabiletin qiyməti cəmi 199 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.

Uçuş tarixləri: 15 aprel - 15 may 2017-ci il.

Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün komfortlu “Airbus A320” laynerləri ilə həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarından və rəsmi agentliklərindən əldə etmək mümkündür.

Reys çərçivəsində sərnişinlər “AZAL Miles” bonus proqramından istifadə edə bilərlər. “AZAL Miles” bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az. Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilərlər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada “AZAL Miles” iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: 

(+99412) 598 88 80;

*8880

E-mail: [email protected]

“AZAL Miles” bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri