13 
İyn
2017
12:59
10
170
1736
Virtual karabakh

Nazir: “Formula-1” yarışları ilə bağlı tədbirlər planı hazırlanır

13 İyn, 2017
12:59
1736

Nazir: “Formula-1” yarışları ilə bağlı tədbirlər planı hazırlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-Prisi yarışları ilə bağlı tədbirlər planı hazırlanır”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, yarış keçirilən günlərdə nazirlik tərəfindən mədəni tədbirlər təşkil ediləcək: “Bizim müəssisələr daim çalışacaq, lakin düşünürəm ki, maraq kəsb edən tədbirlər “Formula-1”-in öz proqramında yer alıb”.

Nazir qeyd edib ki, həmin vaxt Dənizkənarı Milli Parkda təşkil olunacaq konsert proqramına gələcək xarici sənətçilərə insanların marağı daha çox olacaq. Bu da öz növbəsində ölkəyə gələcək turist sayının artımına öz təsirini göstərmiş olacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri