13 
İyn
2017
21:59
208
21
3664
Virtual karabakh

Motosikletlə dünya səyahətinə çıxan turistlər Azərbaycanda – VİDEO

13 İyn, 2017
21:59
3664

Motosikletlə dünya səyahətinə çıxan turistlər Azərbaycanda – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Motosikletlə dünya səyahətinə çıxan hollandiyalı turistlər dörd gündür ki Azərbaycandadırlar.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, ixtisasca memar olan Ido De Conq səyahətə həyat yoldaşı ilə birlikdə dörd həftə əvvəl Hollandiyadan başlayıb.

Cütlük Azərbaycanda qısa müddət ərzində ölkənin relyefi və milli yeməkləri barədə xeyli məlumat toplayıblar. Onların daha çox diqqətini çəkən əhalinin öz milli irsinə bağlığı və qonaqlarla səmimi davranmalarıdır. 

Turistlər bildiriblər ki, digər ölkələrdən fərqli olaraq burada yol boyu kəndlilərdən aldıqları ərzaq müqabilində pul xərcləməyiblər. İndiyə kimi 13 ölkədən keçən cütlük gün ərzində 350-400 kilometr yol qət edir.

Hollandiyalı turistlər səyahəti avqust ayında Yaponiyada başa vurmağı planlaşdırırlar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri