14 
İyn
2017
14:36
115
40
3940
Virtual karabakh

“Baku City Tour” avtobuslarının fəaliyyəti dayandırılır

14 İyn, 2017
14:36
3940

“Baku City Tour” avtobuslarının fəaliyyəti dayandırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm İnformasiya Mərkəzi paytaxt sakinlərinə və qonaqlarına müraciət edib.

Oxu.Az seyyah.az-a istinadən xəbər verir ki, müraciətdə iyunun 12-dən iyulun 5-dək “Formula-1” yarışlarının keçirilməsi dövründə əsas şəhər istiqaməti olan magistral yolların bağlanması nəzərə alınaraq “Baku City Tour” turistik avtobusların fəaliyyətinin müvəqqəti dayandırıldığı bildirilir.

Eyni zamanda, qeyd edilir ki, “Sprinter” turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”na ekskursiyalar təşkil olunacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri