Avq
2017
14:24
45
80
2059
Virtual karabakh

Turistlər ayaqqabı və geyimə təxminən 1,2 milyard dollar xərcləyiblər

Türkiyəyə səfər edən turistlər ayaqqabı və geyimə təxminən 1,2 milyard dollar xərcləyiblər. 

Oxu.Az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar-iyun aylarında ölkəyə 13 milyon 708 min 152 nəfərin səfər etdiyini açıqlayıb.

Turizm gəlirləri təxminən 8,8 milyard dollar olub. Bunun 6,8 milyard dollarını xarici ziyarətçilərin, təxminən 2 milyard dollarını isə xaricdən gələn türk vətəndaşların xərcləri formalaşdırıb.

Türkiyəyə gələn turistlərin ümumi turizm xərclərinin 7,5 milyard dolları şəxsi, 1,2 milyard dolları tur paketləri çərçivəsində xərclər olub.

Turistlərin fərdi xərclərində yemək-içmək xərcləri daha çox paya malik olub. Bu istiqamətdə xərclər 1 milyard 326 milyon dollar təşkil edib. 1 milyard 36 milyon dollar isə yerləşməyə yönəldilib. 

L.Ə.

www.oxu.az 

Digər Turizm xəbərləri