31 
Avq
2017
15:53
29
68
683
Virtual karabakh

Gürcüstanın rekreasiya obyektlərində istirahət edən xaricilərin 3,6%-ni Azərbaycan vətəndaşları təşkil edib

2016-cı ildə Gürcüstanın mehmanxana və mehmanxana tipli müəssisələri 2,5 milyondan çox ziyarətçiyə xidmət göstərib ki, bu da 2015-ci ilin göstəricisindən 37% çoxdur.

Oxu.Az APA-ya istinadən xəbər verir ki,  ziyarətçilərin 65,8%-i xarici ölkə vətəndaşlarıdır. Onların 24%-ni Türkiyə, 21,1%-ni Polşa, 13,8%-ni Rusiya, 18,1%-ni Almaniya, 11,8%-ni İran, 5,3%-ni isə Azərbaycan vətəndaşları təşkil edir.

Ötən il xarici vətəndaşların 74,6%-i Gürcüstana istirahət, 16%-i  biznes, 1,6%-i müalicə və 7,8%-i digər məqsədlərlə səfər edib. 

2016-cı ildə Gürcüstanın rekreasiya obyektlərində istirahət etmiş xarici ölkə vətəndaşlarının 3,6%-ni Azərbaycan vətəndaşları təşkil edib.  

Qeyd edək ki, Gürcüstanda 1496 mehmanxana və mehmanxana tipli müəssisə var.  Onların 99,5%-i qeyri-dövlət, 0,5%-i isə dövlət müəssisələridir.

L.Ə.

www.oxu.az 

Digər Turizm xəbərləri