Sen
2017
11:45
12
78
14728
Virtual karabakh

Xaricə getmək istəyənlər üçün vizaların qiyməti

Azərbaycan vətəndaşlarının ən çox getdiyi ölkələrin viza rüsumları araşdırılıb.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, Şengen ölkələrinə daxil olan dövlətlərə viza rüsumu 35 avrodur.

Böyük Britaniya, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniyaya viza rüsumları aşağıdakı kimidir:

Bolqarıstan – 60 avro

Rumıniya – 60 avro

Böyük Britaniya – 130 dollar

Bəzi Avropa ölkələrinin ölkəmizdəki konsulluqlarından başqa, viza alınması üçün xidmət göstərən mərkəzlər də var. Həmin mərkəzlərdə göstərilən xidmətlərə görə əlavə 25 avro ödənilməlidir. Bunlar İtaliya, Fransa və digər bəzi Avropa ölkələridir.

Ərəb ölkələrinə gedərkən viza almaq bir qədər ucuz başa gəlir.

Birləşmiş Ərəb Əmirliyi – 75 dollar

Misir – 40 dollar

Əgər Birləşmiş Ərəb Əmirliyinə viza alarkən, hoteldə bron edirsinizsə, o zaman 75 dollar ödəməlisiniz. Ancaq təkcə viza almaq üçün 100 dollar rüsum ödənməlidir.

Misirin Şarm-əl-Şeyx istirahət mərkəzinə səfər etdikdə, bu ölkənin hava limanında 25 dollar ödəməklə, viza əldə etmək mümkündür.

Amma Qahirəyə və ya digər qeyri-turistik şəhərlərə səyahət etmək üçün viza rüsumu 40 dollardır. 

ABŞ – 160 dollar

Kanada – 100 Kanada dolları – (76.41 ABŞ dollar)

Məlumat üçün bildirək ki, Kanadaya viza almaq üçün “VSF” şirkətinin xidmətlərindən yararlanmaq üçün əlavə 114 manat ödənilməlidir.

Braziliyaya viza rüsumu isə 20 dollardır.

Sinqapura vizanı online əldə etmək mümkündür. Bu zaman isə rüsum 50 dollardır. Hazırda rusiyalı turistlərin ən çox üz tutduğu ölkələr arasında lider olan Taylanda viza 40 dollardır.

Azərbaycanlıların ən çətin viza ala biləcəyi ölkə isə Çindir. Belə ki, Çinin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, bu ölkəyə 2 cür viza almaq olar. Bunlar biznes və turist vizasıdır.

Lakin Çinə getmək istəyənlər əlavə minimum 3 nəfər şəxs tapmalıdır. Belə ki, ötən ilin iyulundan tətbiq edilən qaydalara əsasən, Çinə turist kimi getmək istəyənlər 4 nəfərdən az olmamalıdır. Çin vizasının rüsumu isə bir nəfər üçün 40 dollardır.

Bu viza 30 gün müddətinə verilir və onunla bir dəfə gediş-gəliş etmək olur. Çinə ən çox viza 6 ay müddətinə verilir. Amma mütləqdir ki, bu müddət ərzində Çinə ən azı 2 dəfə səfər edəsiniz. Bunun üçün viza rüsumu 60 dollardır.

Honqkonqa 14 günlük viza rüsumu isə 30 dollar müəyyən olunub.

L.Ə.

www.oxu.az 

Digər Turizm xəbərləri