16 
Yan
2019
18:38
179
41
2351
Virtual karabakh

Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq

“Azərbaycan Hava Yolları”, Azərbaycan Turizm Bürosu və Çinin aparıcı turizm şirkəti – “ETI-Holidays” (Beijing HUAYUAN International Travel Co., LTD) Pekində üçtərəfli qarşılıqlı anlaşma memorandumunu imzalayıblar.

Oxu.Az-ın xəbərinə görə, memorandum Pekin-Bakı aviareysi ilə çinli turistlərin Azərbaycana və Bakının tranzit qabiliyyətini artırmaq məqsədilə burdan da digər ölkələrə axınının artmasını nəzərdə tutur. 

Memoranduma əsasən, “ETI-Holidays” Azərbaycanın turizm potensialını təşviq etməyi və yerli turistlər arasında yeni təyinat markasının təşviqini dəstəkləməyi öz öhdəliyinə götürür.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxt Pekinin hava limanına rahat “Boeing 767-300” layneri ilə birbaşa uçuşlar həyata keçirir.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri