18 
Mar
2024
15:53
92
12
1809
Virtual karabakh

AZAL əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 600-dən çox ağac əkiblər - FOTO/VİDEO

18 Mar, 2024
15:53
1809

AZAL əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 600-dən çox ağac əkiblər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində martın 15-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası keçirib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Aksiya çərçivəsində Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində bir hektar sahədə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib. Həmçinin, aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.

“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan Hava Yollarının 50-yə yaxın əməkdaşı iştirak edib. Aksiya ekoloji tarazlığın qorunması məqsədini daşıyırdı.

AZAL BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq ağacəkmə və digər ekoloji təşəbbüsləri həyata keçirməklə ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Aksiya ilə bağlı hazırlanmış videonu təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri