Ermənistan mətbuatı cəbhədə məhv edilən iki erməni hərbçisinin adlarını açıqlayıb və onlardan birinin fotoşəkillərini yayıb.
Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, cəbhədə ordumuzun məhv etdiyi işğalçılar Ararat Xanoyan və Azat Asoyandır.
Qeyd edək ki, dünən gecə baş vermiş döyüşlərdə ordumuzun 8 hərbçisi şəhid olub.
14:31
Dağlıq Qarabağın şimal istiqamətində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu öldürülüb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, erməni mətbuatının verdiyi məlumata görə, hadisə cəbhənin şimal istiqamətində Azərbaycan-Ermənistan qoşunları arasında baş verən toqquşma zamanı qeydə alınıb.
Həlak olanların şəxsiyyəti və insidentin detalları barəsində Ermənistan tərəfi susur.