16 
Okt
2014
21:11
24
44
1797
Virtual karabakh

Rusiyanın hərbi gəmilərinin nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirib - FOTO

16 Okt, 2014
21:11
1797

Rusiyanın hərbi gəmilərinin nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf edir.

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının “Dağıstan” böyük raket gözətçi və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmilərinin komanda heyətinin üzvləri Hərbi Dəniz Qüvvələri qərargahında, Səbail rayon İcra Hakimiyyətində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bir sıra görüşlər keçiriblər.

Oxu.Az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Hərbi Dəniz Qüvvələrinin komandanı, I dərəcəli kapitan Şahin Məmmədov “Dağıstan” və “Qrad Sviyajsk” gəmilərinin Bakıya səfərə gəlməsinin ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavab olaraq yerinə yetirildiyini vurğulayıb.
 
Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Valeri Smirnov görüş zamanı Azərbaycanın, xüsusilə Silahlı Qüvvələrin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. İki ölkənin Silahlı Qüvvələrinin əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirən V. Smirnov bu sahədə dövlət başçılarının rolunu xüsusilə qeyd edib.

Qeyd edək ki, səfər çərçivəsində qonaqlar Bakının görməli yerlərini gəzəcəklər, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaqlar, habelə dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri