15 
Noy
2014
15:56
26
196
11601
Virtual karabakh

Qarabağda ermənilərdən növbəti helikopter - TƏXRİBATI

15 Noy, 2014
15:56
11601

Qarabağda ermənilərdən növbəti helikopter - TƏXRİBATI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilər Ağdamda keçirdikləri təlimdə yenidən hərbi helikopterlərdən istifadə ediblər .

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində keçirilən hərbi təlimlərdə ötən gün yenidən hərbi helikopterlər havaya qaldırılıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Ermənistan mediası Ağdam rayonunun işğal olunmuş ərazilərində prezident Serj Sərkisyanın da izlədiyi təlimdə Mi-24 döyüş helikopterlərinin uçuşu və raket atışlarının foto və videolarını nümayiş etdirib.

Təlimdən yayımlanan fotolarda erməni əsgərlərinin “İqla” portativ zenit-raket sistemindən də atışlar həyata keçirdiyi nümayiş olunub.

Qeyd edək ki, ermənilərin açıqladığı rəsmi məlumata görə, Qarabağda keçirilən “Birlik-2014” adlı təlimə 2100 artilleriya sistemi, 850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub. Təlimlər noyabrın 15-də başa çatacaq.

Noyabrın 12-də Ağdam ərazisində keçirilən təlim zamanı Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan HHQ-nin bir ədəd Mi-24 döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri