İyl
2015
14:59
84
21
1453
Virtual karabakh

Zakir Həsənov Litvanın baş naziri ilə görüşdü - FOTO

2 İyl, 2015
14:59
1453

Zakir Həsənov Litvanın baş naziri ilə görüşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Geniş fikir mübadiləsi aparılıb.

İyulun 2-də Litvada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyub.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sonra Zakir Həsənov Litvanın baş naziri Algirdas Butkeviçius ilə görüşüb.

Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.

İkitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübənin mövcudluğunu qeyd edən müdafiə naziri qarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olduğunu xüsusi vurğulayıb. 

Müdafiə naziri çıxışında bildirib: 

“Biz əminik ki, ölkələrimiz arasında məsləhətləşmələrin aparılması və əməkdaşlığın genişləndirilməsi Avrasiya məkanında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.”

Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və digər bu kimi beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən ümumi təhdidləri pisləyib və onlara qarşı mübarizədə beynəlxalq səylərin artırılmasının zəruriliyini xüsusi qeyd ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri