Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “hakimiyyəti” rusiyalı sahibkar German Sterliqovun gəlişini təsdiqlədilər, Oxu.Az news.am-a istinadən xəbər verir.
“German Sterliqov “DQR XİN”in şöbəsində turist kimi qeydiyyatdan keçib”, - “DQR XİN”in mətbuat katibi Ani Sarkisyan bildirib.
Rusiya KİV-nin məlumatına görə, sahibkar, məşhur fermer, keçmişdə “Alisa” birjasının təsisçisi German Sterliqov məşhur Slobodasında evi bağlayıb, əmlakını satır və Rusiyadan Dağlıq Qarabağa gedib.
Fermerin Dağlıq Qarabağa iyulun 4-də gəlməsini onun köməkçisi Polina Sirota “Ruskaya slujba novostey”ə təsdiq edib.
“O, Dağlıq Qarabağa gedib, nə zaman gələcəyi məlum deyil, amma mütləq qayıdacaq. Ciddi səbəblər onu getməyə vadar edib. Bu, banditlər deyil, daha yüksək səviyyəli bir şeydir”, - o deyib.
Rəylər