19 
Noy
2015
20:50
25
111
2970
Virtual karabakh

İran dünya bazarını neftə qərq edəcək

19 Noy, 2015
20:50
2970

İran dünya bazarını neftə qərq edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz sanksiyaların tədricən ləğv edilməsi variantını qəbul etmirik”.

İran sanksiyalar ləğv edildikdən sonra üç ay müddətində neftin ixracını günə 2 milyon barelə çatdırmağa hazırdır, bu barədə RİA Novosti-yə verdiyi müsahibəsində İranın Sənaye, mədən və ticarət nazirinin birinci müavini Moctab Xosroutac bəyan edib.

Oxu.Az-ın verdiyi xəbərə görə, agentliyin həmsöhbəti əmindir ki, İrana qarşı neft embarqosu cari ilin dekabr ayının ortasında - 2016-cı ilin yanvar ayının əvvəlində ləğv ediləcək.

“Biz sanksiyaların tədricən ləğv edilməsi variantını qəbul etmirik, biz bütün sanksiyaların eyni zamanda silinməli olduğunu bəyan etmişdik. Və mən cari ilin dekabr ayının ortası - 2016-cı ilin yanvar ayının əvvəlində sanksiyaların ləğv ediləcəyini dedikdə yalnız bank sanksiyalarını nəzərdə tutmuram. Biz artıq buna hazırlaşmışıq. Biz dərhal neft ixracına başlamağa hazırıq”, - o bəyan edib.

Xosroutac izah edib ki, İran OPEK-ə üzvdür və neft embarqosu təyin edilənə qədər ölkənin 4,3 milyon barel həcmində kvotası olub.

“Daha öncə biz gündə 1,8 milyon barel daxili istehlak üçün və 2,5 milyon barel ixrac üçün neft istehsal edirdik. Hal-hazırda gündə təxminən 1 milyon barel neft ixrac edirik və biz sanksiyaların ləğvindən dərhal sonra 500 min barel əlavə etməyə hazırıq. Bir neçə ay ərzində ola bilər ki, üç ay ərzində biz daha 500 barel əlavə edə bilərik”, - nazir müavini əlavə edib.

Daha öncə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak İran bazarına çıxmaqda RF-nin “Zarubejneft”, “Qazprom neft”, “Qazprom” və s. şirkətlərinin maraqlı olduğunu bəyan etmişdi.  

Avropa İttifaqı ölkələri İran neftinin ixracına embarqo tətbiq ediblər, embarqo 2012-ci ilin iyul ayının 1-də qüvvəyə minib. Bu embarqo Tehranı nüvə ambisiyalarından imtina etməyə məcbur etməli idi. Analoji tədbirlər paketini Vaşinqton da tətbiq edib.

www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri