24 
Noy
2015
23:55
340
69
8797
Virtual karabakh

Ərdoğan: Türkiyənin öz sərhədlərini qorumaq hüququ var

24 Noy, 2015
23:55
8797

Ərdoğan: Türkiyənin öz sərhədlərini qorumaq hüququ var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya HHQ-nin bombaladığı ərazidə terrorçular yoxdu”.

Türkiyənin öz sərhədlərini qorumaq hüququ var.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya məxsus təyyarənin vurulmasına münasibət bildirərkən deyib.

Türkiyə prezidenti Rusiya bombardmançısının Türkiyənin hava məkanını pozduğunu və 10 dəfə xəbərdarlıq edildikdən sonra türk qırıcıları tərəfindən vurulduğunu bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, Rusiya təyyarəsi türkiyə hərbi qanunlarına uyğun vurulub.

Onun sözlərinə görə, Rusiya HHQ-nin bombaladığı ərazidə terrorçular yoxdu. 

“Rusiya İŞİD adı ilə bizim qardaşlarımız türkmənlərə zərbələr endirir”.

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus Su-24 bombardmançısını vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri