18 
Dek
2015
11:57
30
93
6059
Virtual karabakh

Rusiya: Su-24-ün sərhədi pozmadığına dair sübutumuz var

18 Dek, 2015
11:57
6059

Rusiya: Su-24-ün sərhədi pozmadığına dair sübutumuz var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya HKQ-nın baş komandanının müavini bəyanatla çıxış edib.

Rusiya Su-24 təyyarəsinin Türkiyə sərhədlərini keçmədiyini sübut edən bütün lazımi dəlillərə malikdir.

Oxu.Az xəbər verir ki, bu barədə cümə günü Rusiyanın Hava Kosmik Qüvvələrinin baş komandanının müavini Sergey Dronov bəyan edib.  

“Hal-hazırda Rusiya təyyarəsinin Türkiyə sərhədlərini pozmadığına dair bütün lazımi dəlillər bazasına sahibik”, - Dronov Müdafiə Nazirliyinin brifinqində bildirib.

Rusiya və Türkiyə münasibətləri noyabrın 24-də Türkiyəyə məxsus F-16 qırıcısının Suriyada Rusiyaya məxsus Su-24 bombardmançısını vurduqdan sonra böhran yaşayır.

Rusiya prezidenti Vladimir Putin bunu terrorçuların vasitəçilərinin “arxadan vurduğu zərbə” adlandırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri