12 
Fev
2016
20:06
190
57
5216
Virtual karabakh

Suriyada azərbaycanlı öldürülüb

12 Fev, 2016
20:06
5216

Suriyada azərbaycanlı öldürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, yaralı döyüşçüləri müalicə edirdi.

Suriyanın şimalında, Türkiyə sərhədi yaxınlığında döyüşlərin gedişində «Cəbhətən-Nüsrə» qruplaşmasının döyüşçüsü, Gürcüstanın Telavi şəhərində doğulmuş  etnik azərbaycanlı Beslan Muxtarov həlak olub.

Oxu.Az  “Qruziya Online”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazır.

B.Muxtarov Suriyaya üç ay əvvəl gəlib. 

Verilən məlumata görə, B.Muxtarov Rusiya aviasiyasının Türkmən dağı bölgəsində endirdiyi zərbələr nəticəsində həlak olub. 

Muxtarov ixtisasca həkim olub. Lakin 2011-ci ildə Türkiyə xüsusi xidmət orqanları B.Muxtarovun radikal islamçı qruplarına aidliyi ilə bağlı təhqiqat işlərinə başlayıb. Bundan sonra ona Türkiyə ərazisinə gəlmək qadağan olunub. 

Bundan sonra, o, Gürcüstana qayıt, çoban işləməyə başlayıb. 2015-ci ilin oktyabrında o yenidən Suriyaya qayıdıb, onun əsas vəzifəsi yaralı döyüşçüləri müalicə etmək olub.

B.Muxtarovun anası Tamamgül Muxtarova onkoloji xəstədir. Oğlunun öldüyünü eşitdikdən sonra onun vəziyyəti kəskin ağırlaşıb və o, Gürcüstan klinikalarının birinin reanimasiya şöbəsinə yerləşdirilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri