29 
Noy
2016
23:23
23
303
5458
Virtual karabakh

Kolumbiyada təyyarə qəzasında 20-dən çox jurnalist ölüb

29 Noy, 2016
23:23
5458

Kolumbiyada təyyarə qəzasında 20-dən çox jurnalist ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kolumbiyada təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Braziliya Milli Jurnalistlər Federasiyasının yaydığı açıqlamada bildirilir.

“Ölən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa Katarina və San Pauludandır, matçı işıqlandıracaq TV, radio və qəzetləri təmsil edən idman jurnalistikasının peşəkarları həlak olub”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, göyərtəsində Kolumbiyanın “Atletiko Nasional” klubu ilə oyuna yollanan Braziliyanın  “Şapekoense” futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri