16 
Yan
2017
19:56
148
24
7373
Virtual karabakh

Amerikanın ən qədim insanları aşkarlanıb

16 Yan, 2017
19:56
7373

Amerikanın ən qədim insanları aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Monreal universitetinin bir qrup kanadalı alimi müəyyən edib ki, insanlar Şimali Amerikada ən azı 24 min il bundan əvvəl məskunlaşıblar.

Oxu.Az-ın məlumatına görə, tədqiqatların nəticələri barədə qısa olaraq “EurekAlert!” nəşri yazır.

Mütəxəssislər Qationadakı Kanada sivilizasiya muzeyindən götürülən 36 min sümük fraqmentlərini təhlil ediblər. Tədqiqata iki ilə yaxın vaxt sərf olunub. 

Ən erkən tapıntının üzərində (atın alt çənəsi - təxminən 23-24 min il yaşı var) daş alətlərin izi aşkarlanıb.   

“Sümüklərin üzərində dərinin soyulması üçün istifadə olunan alətlə bir neçə düz xətt qoyulub”, - tədqiqatın aparıcı mütəxəssisi Arian Berk deyir. 

“Əminliklə vurğulamaq olar ki, bu izləri insanlar qoyub”, - o, əlavə edib.

Beləliklə, alimlər insanların Amerika qitəsində son buzlaq dövrü zamanı məskunlaşmasına dair fərziyəni sübuta yetiriblər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri