22 
Yan
2017
22:38
16
584
3618
Virtual karabakh

Suriyanın İdlib şəhəri bombardman edilib

22 Yan, 2017
22:38
3618

Suriyanın İdlib şəhəri bombardman edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyanın şimal-şərqindəki İdlib şəhərinin kəndlərindən birinə edilən hava hücumu zamanı 6 uşaq həlak olub.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, hava zərbələri zamanı 8 mülki şəxs yaralanıb.

Şəhərin mülki müdafiə səlahiyyətlilərindən olan Leys əl Faris bildirib ki, hərbi təyyarə İdlibin şimalını bombardman edib. Təyyarənin hansı silahlı birləşməyə və ya orduya aid olduğu məlum deyil.

Bombardman zamanı xəsarət almış yaralılar xəstəxanaya yerləşdirilib.

Leys əl Faris bununla yanaşı, ABŞ-ın rəhbərrlik etdiyi hərbi koalisiyaya məxsus olduğu ehtimal edilən hərbi təyyarənin də İdlibdəki hərbi obyektlərdən birini bombardman etdiyini deyib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri