23 
Yan
2017
18:25
114
72
2556
Virtual karabakh

Fiyon: Ukrayna və Gürcüstana Aİ və NATO-da yer yoxdur

23 Yan, 2017
18:25
2556

Fiyon: Ukrayna və Gürcüstana Aİ və NATO-da yer yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın sabiq baş naziri, ölkə prezidentliyinə namizəd Fransua Fiyon Ukrayna və Gürcüstana Aİ və NATO-da yer olmadığını bəyan edib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, o, bu barədə “le Monde” nəşrinə verdiyi müsahibəsində deyib.

“Etiraf etmək lazımdır ki, Ukrayna və Gürcüstanın Aİ və NATO-ya daxil olmaq üçün təyinata malik deyillər”, - o vurğulayıb. 

O, həmçinin Ukrayna və Gürcüstana Şimali Atlantika Alyansında və Avropa İttifaqında üzvlüyün verilməsinə çağıran siyasətçilərin ifadələrini məsuliyyətsiz adlandırıb. 

Fransada prezident seçkiləri 2017-ci ilin 23 aprel və 7 may tarixlərində iki mərhələdə keçiriləcək. BVA İctimai Fikrin Öyrənilməsi Mərkəzi və “Salesforce” şirkətinin apardığı sorğunun dekabr ayının 7-də dərc olunmuş nəticələrinə görə, ikinci tura “Xalq cəbhəsi”nin lideri Marin Le Pen və Fransanın sabiq baş naziri Fransua Fiyon keçir. Bununla yanaşı, Fiyonun üstünlüyü qeyd edilir.

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri