22 
Fev
2017
08:35
164
26
2201
Virtual karabakh

ABŞ-dakı “Azadlıq” heykəlinə “Xoş gəlmisiniz, qaçqınlar” plakatı asılıb

22 Fev, 2017
08:35
2201

ABŞ-dakı “Azadlıq” heykəlinə “Xoş gəlmisiniz, qaçqınlar” plakatı asılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur “Azadlıq” heykəlinə naməlum şəxslər tərəfindən “Xoş gəlmisiniz, qaçqınlar” sözlərinin yazıldığı banner asılıb.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Report “NBC New York” nəşrinə istinadən xəbər verir. 

Məlumata əsasən, hazırda yerli polis uzunluğu 6 metr olan banneri heykəlin ayaq hissəsinə kimin asa biləcəyini araşdırmaqda məşğuldur.

Plakat bir saatdan çox heykəlin üzərində qalıb.

Nəşr yazır ki, milli abidələrə plakatların bərkidilməsi qanunla qadağan edilir.

Hadisə ilə bağlı məsuliyyəti sosial şəbəkələrdə “Alt Statue of Liberty” akkauntunu idarə edən naməlum şəxs öz üzərinə götürüb.

“Biz xatırlatmaq istəyirik ki, Amerika dünyada azadlığın mayakıdır, ölkə immiqrantlar tərəfindən qurulub. Ölkə və ya dinlərin “hasara” alınması dəyərlərimizə ziddir”, - deyə nəşr səhifə administratorunun yazdıqlarını sitat gətirib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri