23 
Fev
2017
11:54
97
36
2776
Virtual karabakh

Tramp məktəblərdə transgenderlərin ayaqyolu seçmə hüququnu ləğv edib

23 Fev, 2017
11:54
2776

Tramp məktəblərdə transgenderlərin ayaqyolu seçmə hüququnu ləğv edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Trampın administrasiyası ölkənin əvvəlki prezidenti Barak Obamanın hakimiyyəti dövründə qəbul edilən transgenderlər tərəfindən ictimai ayaqyolularından istifadə qaydalarına yenidən baxıldığını elan edib. 

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir. 

Obamanın tətbiq etdiyi qaydalara görə dövlət məktəblərində transgender-məktəblilərə öz seçdikləri cinsə uyğun olan ayaqyoluna getməyə icazə verilməlidir. Bu yenilik Barak Obamanın prezidentliyinin ən vacib nailiyyətlərindən hesab edilir. 

Çərşənbə günü ABŞ-ın Ədliyyə və Təhsil nazirlikləri birgə bəyanat veriblər, bəyanatda əvvəlki qaydaların geri götürülməsi qərara alındığı bildirilir. 

Ağ Evin mətbuat katibi Şon Spayser daha öncə Trampın bu məsələ ilə federal hökumət deyil, ştat hakimiyyətinin nəzarətinə vermək lazım olduğunu hesab etdiyini bildirmişdi.  

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri